Əliyev Avropa Parlamentinin prezidenti ilə görüşmək istəmədi - Görüş ləğv olundu

img

06-02-2017 [19:35]


Prezident İlham Əliyevin Avropa Parlamentinin (AP) prezidenti Antonio Tajani ilə görüşü ləğv edilib.

Mia.az BBCAzərbaycana-ya istinadən xəbər verir ki, bu barədə AP rəhbərinin kommunikasiya şöbəsi bildirir. AP prezidentinin kommunikasiya şöbəsinin rəhbəri görüşün nə səbəbdən ləğv edildiyini bilmədiyini deyib.

Lakin o, əlavə edib ki, bu cür hadisələr "qeyri-adi" deyil.

Commonspace.eu xəbər saytı adları çəkilməyən mənbələrə istinadən görüşün ləğv edilməsinə səbəbin Avropa Parlamentində Azərbaycanda insan hüquqları vəziyyətini müzakirə edən tədbirlə bağlı olduğunu iddia edib.

*** 

Strateq.az saytı isə yazır ki, Avropa Parlamentinin saytında görüşün baş tutması ilə bağlı xəbər yayılıb.

Əliyev Avropa Parlamentinin prezidenti ilə görüşmək istəmədi


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA