Türkiyə universitetlərinə qəbul olmuz Azərbaycan gənclərinin siyahısı açıqlanıb

img

09-06-2010 [01:23]


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2010/2011-ci tədris ilində dövləti xətti ilə Türkiyə Respublikasının universitetlərində təhsil almaq istəyən Azərbaycan gənclərindən götürülən imtahanların nəticələrini açıqlayıb. TQDK mətbuat xidmətindən verilən məlumata görə, bu il Türkiyə universitetinə 48 nəfər qəbul olunub. 20 abituriyent türk dilindən müvəffəqiyyətlə imtahan verdiklərinə görə bir illik türk dili kursunda təhsil almadan birbaşa daxil olduqları universitetin birinci kursuna qəbul olunub. 16 abituriyent bir illik türk dili kursunda təhsil aldıqdan sonra daxil olduqları universitetin birinci kursuna qəbul olunacaq. 12 abituriyent isə daxil olduqları universitetin birinci kursuna qəbul olunublar, lakin türk dili üzrə biliklərini qısa zamanda artırmalıdırlar. Türkiyə Respublikasının universitetlərinə qəbul olmuş abituriyentlər lazım olan sənədlərin hazırlanması üçün 10-18 iyun 2010-cu il tarixlərində saat 10-dan 13-dək Azərbaycan Respublikası Təhsil Nazirliyinin Xaricdə təhsil və əcnəbi tələbələrlə iş sektoruna müraciət etməlidirlər. İmtahandan keçən abituriyentlərin siyahısı TQDK-nın saytında yerləşdirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA