Ramin Quluzadənin qəbul qrafiki açıqlandı - Vətəndaşlara müraciət

img

06-02-2017 [17:38]


Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə fevralın 10-da Şirvan şəhərində Hacıqabul, Sabirabad, Saatlı rayonlarının və Şirvan şəhərinin sakinlərinə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.
 
Mia.az nazirliyə istinadən xəbər verir ki, vətəndaşlardan mincom@mincom.gov.az elektron poçt ünvanı, 1655 "Çağrı Mərkəzi”, 012 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur)  əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.
 
Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün vətəndaşların aşağıdakı telefonlara zəng etmələri xahiş olunur:
 
Şirvan şəhərində                      021 2151515
Hacıqabul rayonunda                021 2043101
Sabirabad  rayonunda               021 2355082
Saatlı rayonunda                      021 2852126

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA