Zaur Hüseynovdan kadr dəyişikliyi: Xidmət rəisi vəzifəsindən azad edildi

img

06-02-2017 [15:32]


"Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov rəhbərlik etdiyi qurumda kadr dəyişikliyi edib.

Mia.az xəbər verir ki, unikal.org-un əldə etdiyi məlumata görə, QSC sədrinin əmri ilə "Bakı Metropoliteni”nin Mühafizə Xidmətinin rəisi tutuduğu vəzifəsindən öz ərizəsi ilə azad edilib. QSC sədrinin digər əmri ilə Mühafizə Xidməti rəisi vəzifəsinə İnam Əzimov təyin edilib.

Məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev faktı təsdiqləyib. O bildirib ki, dəyişiklik dekabr ayında baş verib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA