Sabah hava necə olacaq? - Nazirlik proqnozu açıqladı

img

06-02-2017 [12:28]


Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir.
 
Mia.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, fevralın 7-də bəzi yerlərdə zəif duman olacaq, mülayim şimal-qərb küləyi əsəcək.
 
Havanın temperaturu gecə 0-3° isti, gündüz 8-13° isti, Bakıda gecə 1-3° isti, gündüz   10-12° isti olacaq.
Atmosfer  təzyiqi 764 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək, nisbi rütubət  gecə 80-90 %, gündüz 50-60 % təşkil edəcək.
 
Tibbi-meteoroloji proqnoza gəlincə, fevralın 7-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əlverişlidir.
 
Azərbaycanın rayonlarında hava şəraiti əsasən, yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacağı, qərb küləyinin gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 9-14° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-11° isti olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA