Belorus nümayəndə heyətinin Azərbaycana rəsmi səfəri bazlayır

img

09-06-2010 [12:02]


Bu gün Belarus Respublikası Təhsil Nazirliyinin nümayəndə heyətinin üzvləri Çeçukoviç Yuriy Valereviç və Şukin Aleksandr Valereviçin ölkəmizə rəsmi səfəri başlayır. Çeçukoviç Yuriy Valereviç Respublika Tələbə İttifaqının sədri, Minsk şəhər Sovetinin deputatı, Şukin Aleksandr Valereviç isə Respublika Gənc alimlər Şurasının sədri, Belarus Elmlər Akademyasının şöbə müdiridir. Səfər çərçivəsində qonaqlar xalqının Ümummilli lideri Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edəcək, Gənclər və idman nazirliyində görüş keçirəcəklər. Azərbaycanın tarixi və mədəniyyəti ilə daha yaxından tanış olmaq məqsədi ilə Belarusiyadan gələn qonaqlar İşəri Şəhərə (Şirvanşahlar sarayı, Qız Qalası), Azərbaycan Tarix Muzeyinə ekskursiya edəcəklər. Azərbaycanlı həmkarları ilə fikir mübadiləsi aparmaq üçün onlar Bakı şəhər Gənclər və İdman Baş İdarəsi, Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Gənclər Təşkilatlarının Milli Şurası, ?İrəli? İctimai Birliyinin ofisində görüşlər keçirəcəklər. Qeyd edək ki, Tələbə Gənclər Təşkilatları İttifaqında 11 iyun saat 15.00-da keçiriləcək görüş zamanı hər iki ölkə arasında Niyyət Protokolunun da imzalanması nəzərdə tutulub. Belarus Respublikası Təhsil Nazirliyinin nümayəndə heyətinin ölkəmizə səfəri 13 iyun tarixinədək davam edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA