Maliyyə Bazarlarına Nəzarət Palatasında kadr DƏYİŞİKLİYİ

img

06-02-2017 [10:32]


Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) rəhbərliyində kadr dəyişikliyi olub.

Hüquq və icraat departamentinin direktoru Fəxriyar Cabbarov Palatadan ayrılıb. Onu Əfqan Baxışov əvəzləyib.

MBNP-nin Direktorlar Şurası sədrinin müşaviri Rüfət Abbasov informasiyanı təsdiqləyərək qeyd edib ki, F. Cabbarov öz istəyi ilə vəzifəsindən uzaqlaşıb.

Qeyd edək ki, Ə. Baxışov bundan öncə Təhsil Nazirliyinin hüquq, insan resursları və informasiya şöbəsinin müdiri olub.

APA



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA