06-02-2017 [10:31]
50 illik jurnalistik fəaliyyətimdə, bəlkə, yüzlərlə, ola bilsin ki, minlərlə insanlarla ünsiyyətdə olmuşam, onlardan müsahibə almışam. Aralarında elələri olub ki, öz maraq dairəsi, dünyagörüşü, intellektual səviyyəsi ilə məni valeh edib, ruhuma yeni qida verib, sənətimə olan məhəbbəti artırıb.
Cəmiyyətdə, həyatda özünəlayiq mövqe tutan, ictimaiyyət arasında hörmət sahibi olan dostlarım haqqında nədənsə yazı yazmaqdan çox vaxt çəkinmişəm. Əvvəllər bunu "dostbazlıq” kimi qiymətləndirməsinlər deyə, məqalə yazıb, kiminsə qınağına səbəb olacağından ehtiyat edirdim. Lakin illər keçdikcə, hiss edirəm ki, həyatda gözəl və səmimi insanlar olduqca çoxdur. Və onlar hər cür tərifə layiqdirlər. Belə insanlardan biri də mənim 30 illik dostumdur.
Kimdir bu adam? Bu haqda bəzi telekanallar adətən belə deyir: "Az sonra”. Mən isə başqa cürə deyirəm, tələsməyin, icazə verin, qəlbimdə yer tapan, ürəyimdə toplanan sözləri sizə çatdırım.
Dostlarım haqqında məqalə yazanda, istər-istəməz, çox düşünür, çox götür-qoy edirəm. Bunun da öz səbəbi var. Görəsən, həmin adamın bədii portretini canlı şəkildə yarada bilərəmmi? Bu, oxucuları razı sala biləcəkmi? Bax, bu məsuliyyət hissi həmişə məni izləyib, tələsik, sönük, yarımçıq yazılardan çəkindirməyə sövq edib. Hər dəfə qələmi əlimə alanda həmin insanın həyat yolu kino-lent kimi gözlərim qarşısından gəlib keçir. Kimdir bu kiçik yazımın qəhrəmanı?
Gəlin tələsməyək...
Onun haqqında böyük bir kitab da yazmaq olar. Ancaq mənə elə gəlir ki, bu artıqdır. Həm də, bunu heç onun özü istəməz. Təvazökar, səmimi, istiqanlı yoldaşdır. Tanıyanlar sözlərimi təsdiq edərlər. Onun həyat kitabçasını vərəqləyirəm. Keçdiyi ömür yolu zəngin, mənalı, günləri bənzərsiz olub. Düzdür, bu həyatda hər şey hamar olmayıb. Çətinliklərin, problemlərin mövcud olan vaxtı özünü itirməyib, büdrəməyib, kiminsə arxasında gizlənməyib. Dostluqda sədaqətli olmasını həyat artıq sübut edib. İndi gəlin görək yaşadığımız bu dünyada bir çoxları, qarşı tərəfə sadiq çıxırmı? Çoxları kiminsə vəzifəsinə, rütbəsinə, var-dövlətinə sədaqətlə qulluq etməyə çalışır. Bütün bu rütbələrdən məhrum olanda isə, həmin insanları çıraqla da axtarsan tapa bilməzsən. Yunan filosoflarından biri demişdir: "Dost kölgə kimidir, günəş vaxtı səndən əl çıkmir, kölgəyə çəkiləndə isə yox olurlar”. Mənim dostum isə sədaqətli və vəfalıdır. Heç bir vaxt etibarsız çıxmayıb. Dar gündə kölgəyə çəkilməyib, əksinə, dostlarının ağır günlərində həmişə yanında olub, arxasında dağ kimi dayanıb. Bunun dəfələrlə şahidi olmuşam. Kimdir bu etibarlı insan?
Tələsməyin, tanıyacaqsınız....
Bu insanın qəribə xasiyyəti var, ola bilsin ki, bu, önəmlidir, deyə bilmərəm. Hər halda, bu xüsusiyyət qəlbinin içindən gəlir, qulağına nəsə pıçıldayır, bu da onun həyat prinsipinə çevrilir. Bəlkə də, yalnış düşünürəım. Deyə bilmərəm. Lakin uzun illər onu tanıdığımdan bunu deməyə əsasım var. İnsanlarla münasibətdə çox səmimi və səbirlidir. Ona şad və yaxud bəd xəbər çatdıranda emosiyaya qapılmır, özünü təmkinli aparır, hər hansı bir hadisəyə tələsik qərar verməyi xoşlamır. Hər şeyi yüz ölçüb-biçəndən sonra qərarını verir. Bu, insanın böyüklüyünü göstərir. Onun bu keyfiyyətlərinə görə onu sevir, hörmət edirik. O, buna layiqdir. Bu insanın ən böyük keyfiyyətlərindən biri də sözübütöv olmasıdır. Əgər kiməsə söz verdisə, mütləq, yerinə yetirməlidir. Problem həll olunmasa belə, kiminsə vasitəsilə onu həll etməyə çalışar və buna nail olar.
Onu Sumqayıtda, Bakıda yaxşı tanıyırlar. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür, bir neçə kitabı nəşr olunub. Onun hekayələrinə tez-tez kütləvi informasiya vasitələrində rast gəlmək olar. Yığcam və lakonik dəsti-xətti var. Onu uzunçuluqda, söz yığınında qınamaq olmaz, əksinə, yazdığı hekayələr canlı həyatdan götürülür, süjet xətti düzgün qurulur, dialoqlar inandırıcı verilir. Hərdən onu "hekayələr ustası” adlandırıram. Çox təvazökar olduğundan məndən xahiş edir ki, onu belə qələmə verməyim.
"Mən hekayələr ustası deyiləm, – deyir: – Cəlil Məmmədquluzadə, Anton Çexov, İvan Bunin, Əziz Nesin, Vasili Şukşin kimi hekayələr ustası yanında mən kiməm? Onlar uca dağın zirvəsində dayanıblar və bütün dünyaya öz yaradıcılıqları ilə işıq saçırlar. Bəs mən? Həvəskar yazıçıyam. Püxtələşməyimə, tanınmağıma hələ çox var. Əsası odur ki, yuxarıda adlarını çəkdiyim və başqa klassik ədəbiyyat nümunələrini oxuduqca sanki böyük bir məktəb keçmiş oluram. Bundan son dərəcə qürur duyuram. Dediyim kimi, hər bir klassikin əsəri bir məktəbdir, örnəkdir. Onlardan öyrənmək isə biz yazarların borcudur”.
Bu, onun sözləridir. Səmimiliyinə inanıram. Dünya klassik ədəbiyyatına bələd olmadan kiçik, maraqlı, oxucunu düşündürən hekayə yazmaq olarmı? Yox!
Yaxşı, bəs kimdir, mən tərəfdən adlandırılan bu "hekayələr ustası”. Qətiyyən tələsməyin...
Bu insanın yaradıcılığında tərcüməçilik peşəsi xüsusi yer tutur. Mən 20 il rusdilli qəzetə rəhbərlik etmişəm. Rus dilində ssenarilər yazmışam, məqalələrim Bakıda, Rusiyada nəşr olunan kütləvi informasiya vasitələrində geniş çap olunub. Bununla belə, hər hansı bədii ədəbiyyatı Azərbaycan dilinə çevirməkdə çətinlik çəkmişəm. Bakıda fəaliyyət göstərən nəşriyyatlar bir neçə dəfə mənə Balzakın, Qolsuorsinin, Markovun, Simonovun, Rasputinin əsərlərini tərcümə etməyi xahiş ediblər, mən isə imtina etmişəm. Dostum isə bu işdə səriştəlidir. O, bu yaxınlarda böyük fransız yazıçısı Emil Zolyanın "Tereza Raken” romanına, "Naturalizm” elmi-publisistik əsərinə, ingilis yazıçısı Karlos Kastonedonun "Учение Дон Хуана» əsərinə böyük məsuliyyətlə yanaşmış, peşəkarcasına Azərbaycan dilinə tərcümə etmişdir. Bunu onun uğuru sayıram. Onu da deyim ki, dostumun tərcümə üzərində necə işlədiyinin canlı şahidi olmuşam. Hər bir söz, ifadə, cümlə quruluşu istədiyi kimi alınmayanda, ona yenidən qayıdırdı, hətta lüğətdə tapmadığı sözlərin tərcüməsini ədəbiyyatşünaslardan soruşar, onlarla məsləhətləşərdi. Hal-hazırda Emil Zolyanın "Жерминал» romanının tərcüməsi üzərində çalışır.
Mütaliə onun hobbisidir. Hər dəfə ya evlərində, ya da iş yerində olanda stolun üstündə müxtəlif yazıçıların əsərlərini görmək mümkündür. Maraqlanan kimi, nə oxuduğunu, kimi bəyəndiyini söyləyər, tərəf müqabillə polemikaya girməyi xoşlayandır. Mütaliəsiz inkişaf yoxdur. Bu, aksiomadır. A.Gertsen yaxşı deyib: "Bəşəriyyətin bütün həyatı, tədricən, kitablarda məskən salmışdır: nəsillər, adamlar, dövlətlər gəlib getmiş, kitab isə qalmışdır”.
Yəqin bu tərcüməçinin və kitab həvəskarının kim olduğu ilə maraqlanırsınız? Sizi başa düşürəm, bir az səbir edin və tələsməyin...
İnsan yaşa dolduqca onun ömür kitabı da zənginləşir. Bu kitabda xoş xatirələrlə yanaşı, ibratəmiz hadisələri, ailəyə, uşaqlara, nəvələrə olan diqqət və qayğının, dostlara olan isti münasibətin izlərini görmək mümkündür. Nə edək ki, zaman insanın arzularına dəstək vermir. O, öz axarı ilə gedir. Mən deyərdim, insanın yanından keçib getmir, biz vaxtın yanından səssiz-səmirsiz ötüb keçirik, ayılanda isə ahıl yaşında olduğumuzu görürük. Geriyə boylanada səndən zəngin xatirələr qalıbsa, deməli, maraqlı və şərəfli bur həyat yolu keçmisən. Dostumun da həyat yoli zəngin, mənalı və rəngarəngdir. Bu gün onun 55 yaşı tamam olur. Müdrikliyə ilk addımlarını atır. Bu yolda ona uğurlar diləyirəm. Bu uğurların sevincinə qatılmaq istəyirəm. İnanıram ki, dünənki gərgin əməyin, halal zəhmətin nəticəsində hər sabah onun həyat yoluna daima işıq saçacaq. Buna tam əminəm.
Dostumun gözəl ailəsi, iki ağıllı, tərbiyəli övladı, iki şirin-şəkər nəvəsi var. Mənə elə gəlir ki, onların sifətlərində olan şirin təbəssüm, dodaqlarında olan məsum gülüş, gözlərində parlaq işıq dostuma ən böyük hədiyyədir.
Nə isə. Yazımı yekunlaşdırmaq istəyirəm. Oxucuları intizarda saxlasam da, kimin haqqında söhbət getdiyini yəqin ki, artıq bilirsiniz. Bu, cəfakeş, istiqanlı, gözəl insan, yazıçı-şairArifƏrşaddır.
Dost arzusunu Azərbaycan şairlərindən birinin bir beyti ilə bitirmək istəyirəm:
Dostluqdan min kitab yazılsa azdır,
Onun al bayrağı götürməz ləkə,
Dostluq könüllərdə səslənən sazdır,
Ucalır onunla bu el, bu oba.
Eyruz Məmmədov,
Respublikanın əməkdar jurnalisti
(06.02.2017)
(xüsusi olaraq birlik.az saytı üçün)
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi