Milli Məclis Azərbaycanın Hərbi Doktrinasını qəbul etdi

img

08-06-2010 [05:41]


Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasında Azərbaycan Respublikasının Hərbi Doktrinası müzakirə olunub. İki saatdan çox davam edən müzakirələrdən sonra layihə səsə qoyularaq qəbul olunub. Layihəni təqdim edən Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov bildirib ki, Hərbi Doktrina layihəsi 75 bənddən ibarətdir və 7 əsas müddəa burada öz əksini tapıb: ?Sənəddə regiondakı hərbi təhdidlər, hərbi təcavüz faktları, sürətlə silahlanma, Ermənistanın Azərbaycana təcavüzü, onun yaratdığı reallıqlar, Azərbaycan Silahlı Qüvvələrinin bununla bağlı qarşısında dayanan vəzifələr, eyni zamanda hərbi quruculuğun gələcək strategiyası, beynəlxalq hərbi əməkdaşlıq, hərbi əlaqələr, Azərbaycanın ikitərəfli beynəlxalq hərbi müqavilələri və digər məsələlər sənəddə əksini tapıb. Layihədə Ermənistan təcavüzkar kimi göstərilib. Layihənin əleyhinə çıxan millət vəkili Pənah Hüseyn layihəni ümumi sənəd kimi qiymətləndirib. Millət vəkili qeyd edib ki, hərbi doktrinaya salmaq lazımdır ki, Azərbaycanın inkişaf yolu demokratiyadan keçir. Onun sözlərinə görə, belə bir sənədi kamil sənəd kimi qəbul etmək olmaz. Spiker Oqtay Əsədov, deputat Siyavuş Novruzov Pənah Hüseynin fikirləri ilə razılaşmayaraq öz fikirlərini bildiriblər. Müzakirələrdən sonra sənəd qəbul olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA