04-02-2017 [16:03]
Gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə verdiyi açıqlamada, "bu il keçiriləcək "Formula 1” yarışlarında azarkeşləri əyləndirmək üçün Bakıya dünyaca məşhur bir müğənninin dəvət olunduğunu bildirib:
"Xarici ulduzların hansı məbləğ müqabilində ölkəyə təşrif buyurduqları çoxumuza məlumdur. Kimi 30-50 min, kimi isə 300 min dollar qarşılığında çıxış edir. Məsələn, I Avropa Oyunlarının açılışına gələn Ledi Qaqaya 1 milyon dollar qonorar ödənmişdi. Büdcə həmişə mediaya açıqlanıb. Biz ənənəyə uyğun olaraq, yarışın sonunda təşkilati işlərə xərclənən pulları açıqlayacağıq. Onu da qeyd edim ki, bu il yeni avadanlıqlar alınmayacaq, ötənilki hasardan istifadə olunacaq. Ümumilikdə daha az maliyyə xərclənəcək”,- deyə bildirib.
Amma iki il bundan əvvəl Azad Rəhimov jurnalistlərə başqa məlumat vermişdi. O, dünyaşöhrətli ulduz Ledi Qaqanın Avropa Oyunlarının açılış mərasimindəki ifasına görə, ödənilən məbləğin kommersiya sirri olduğunu açıqlamışdı:
"Ledi Qaqa ilə müqavilə imzalanmışdı. Razılaşmaya görə aldığı qonorar kommersiya sirri kimi gizli saxlanılmalıdır. Onu nə biz açıqlaya bilərik, nə də Ledi Qaqa”.
Qəribəsi odur ki, iki il bundan öncə nazir Azad Rəhimov bunu sirr saydığı halda indi məbləğin miqdarını açıqlayır:1 milyon dollar…
Məsələ ilə bağlı Yeniçağ.az-a münasibət bildirən "Müasir Müsavat Partiyası”nın sədri Hafiz Hacıyevin sözlərinə görə, "Bu, nazirlərin siyasi savadsızlığından irəli gəlir. Açığını deyim ki, Prezident çalışır ki, bu məsələlərdə qənaətə riayət etsinlər və xalqın çətin günündə ona kömək olsunlar. Məmurlar isə onun dediyinin tam əksini edirlər. Bəlkə bundan da çox xərclənib. Bunu açıq deməyə nə ehtiyac var? Bu gün 100 manata həsrət qalan insanlar var, məcburi köçkünlərimiz var. Günü-gündən qiymətlər qalxır. Məmurlar isə milləti qıcıqlandırmaqla məşğuldurlar. Belə çıxır ki, cənab Prezidentin tapşırıqları bunlar üçün heç nədir. Əslində, 1 milyon dollar az pul deyil. Bəlkə də bundan da çox pul verib. Bilirsiniz, bunlar elə bir mərkəzdən idarə olunurlar ki, az qala Azərbaycan xalqının qulağından tutub desinlər ki, "gəlin, bu dövlətin üzərinə qalxın”. Bu, çox xoşagəlməz bir haldır. Mən bunu qəbul edə bilmirəm. Bizim nə qədər qaçqınlar əziyyət çəkir, küçələrə çıxıb yol kəsirlər. Amma nazirin deməsinə görə, bu gün durub adi müğənninin gəlməsinə 1 milyonun verilməsi onun qudurğanlığıdır. Bu, xalqa həqarət və təhqir deməkdir. Bu o deməkdir ki, "ay xalq, mən səni saymıram, sənin rəyinlə hesablaşmıram. Sən nə desən də mən öz işimdə olacam””.
Hafiz Hacıyev hesab edir ki, bu açıqlama başqa bir xərci gizlətmək üçün də verilə bilər: "Bunu edib, gizli saxlamışdınızsa elə gizli də qalardı. Belə məsələlərdə dövlətin milli maraqlarını qorumaq lazımdır. Prezident həmişə deyir ki, qənaətcil olun, bütün məsələlərdə xalqın yanında olun. Amma çox təəssüf ki, bu belə deyil. Məmurların hamısı Prezidentə xəyanət etməklə məşğuldur. Bu xəyanətin də gec-tez bir nəticəsi olacaq. Hər halda bunu müsbət qiymətləndirmirəm və çox narahatçılıqla qəbul edirəm. Düşünürəm ki, artıq bu məmurlar islah olunmaz insanlardır. Onların nə dövlətə, nə də dövlət başçısına canları yanmır. Prezidentin etdikləri yaxşılıqların qarşısında nazirlərin bu hərəkəti xəyanətdir. Bunlar bütün günü millətin hissiyyatı ilə oynamağa can atırlar. Ona görə də bizə ehtiyac yoxdur hansısa Ledinin- kedinin Azərbaycanda oxuması. Bir vaxt 2 milyon, indi isə 1 milyon deyirlər. İndi nə etmək olar ki, Azərbaycan xalqının taleyinə belə məmurlar düşüb. Nə qədər desək də xeyri yoxdur. Çünki bunlar bir qulaqdan alıb, o birindən ötürürlər. Azərbaycanın ictimai rəyinə böyük həqarətlə yanaşırlar, xalqı ələ salırlar. Bunun axırı yaxşı qurtarmayacaq. Məmurların qınaq obyektinə çevrilməsi üçün ictimai kampaniyaya başlamaq lazımdır. Hansı məmur dövlətə, Prezidentə, ictimaiyyətə həqarətlə yanaşırsa, xalqı aşağılayırsa, layiqincə cəzasını almalıdır. Bütün bunların hamısını ortaya qoymaq lazımdır ki, dövlət başçısı düşdüyü bu böhran vəziyyətdən çıxa bilsin. O nazirə demək istəyirəm ki, ağıllı- başlı olsun. Adamın qarnının yekə olması o demək deyil ki, hər şeyi yaxşı bilir. Beyni də bir balaca işlətmək lazımdır. Siz məmurların birgünlük xərci maaşla dolanan sıravi azərbaycanlının heç birillik gəliri deyil. O cür insanlara, ailəsinin təlabatını ödəyə bilməyənlərə acıq verməyə ehtiyac yoxdur. Bir daha demək istəyirəm ki, məmurların əksəriyyəti Prezidentin verdiyi sərəncam və fərmanların heç birini yerinə yetirmir. Yerinə yetirsələr, boş-boşuna bu qədər pulu talayıb aradan itirməzlər”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi