Meriya israilin Azərbaycandakı səfirliyi qarzısında aksiya keçirilməsi ilə bağlı müraciətə cavab verməyib

img

08-06-2010 [05:08]


Məlum olduğu kimi, Müsavat Gənclər Təşkilatı İsrailin Qəzzaya humanitar yardım aparan gəmi karvanına beynalxalq sularda hücumuna etiraz olaraq piket kecirmək niyyətindədir. Gənclər Təşkilatından Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, bunun ücün 04 iyun 2010-cu il tarixində Bakı şəhər İcra Hakimiyyətinə İsrail səfirliyi qarşısında piket kecirəcəyi ilə bağlı xəbərdarlıq məktubu göndərib. Qanuna əsasən BŞİH aksiya ilə bağlı ona ünvanlanan məktuba tədbirin kecirilməsinə ən geci 3 iş günü qalmışa qədər rəsmi cavab verməliydi. Buna baxmayaraq, BŞİH bütün qanunları pozaraq, tədbirin kecirilməsinə 24 saatdan az vaxt qalmış müddətdə rəsmi cavab verməkdən imtina etməklə yanaşı, MGT-nin cavabla bağlı müraciətlərinə də müxtəlif bəhanələrlə rəsmi münasibət bildirməkdən yayınıb. Bu səbəbdən də MGT bəyanat verib. Bəyanat da qeyd olunur ki, buna qədər BŞİH Müsavat GT-nin hər hansı aksiya ilə bağlı müraciətlərinə vaxtında rəsmi münasibət bildirib. Bu faktın özü bir daha onu sübut edir ki, Azərbaycan hakimiyyəti Türkiyə üçün bu qədər həssas məsələdə illərlə bəyan etdiyi ?bir millət iki dövlət? prinsipinə növbəti dəfə xəyanət edərək, öz cılız maraqları naminə Türkiyəyə dəstək verməkdən imtina edib. Onu da qeyd etmək yerinə düşər ki, bu hadisə ilə bağlı dünyanın müxtəlif dövlətlərində, hətta Türkiyə Cümhuriyyəti ilə xoş münasibətlərdə olmayan Yunanıstanda da belə, bu olaya etiraz aksiyaları keçirilib. Biz Müsavat GT olaraq, bu hadisəni hakimiyyətinin özünün ifşası kimi qiymətləndirir, olaya aydın və konkret münasibət bildirməsini tələb edirik!

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA