04-02-2017 [14:06]
ləğv edilmiş MTN-nin hazırda həbsdə olan və məhkəməsi davam edən polkovniki Vüsal Ələkbərovun cinayət işi üzrə istintaqa cəlb olunan şəxslərdən biri də media nümayəndəsidir.
Mia.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, zərərçəkən Hüseyn Səfərovun epizodu üzrə dindirilən baş redaktor MTN generalı Mövlam Şıxəliyevlə bağlı suallara cavab verib.
H.Səfərov istintaqa ifadəsində bildirib ki, əvvəllər Vergilər Nazirliyinin bir neçə rayon idarələrinin rəisi, 2004-2009-cu illərdə "Kapitalbank”ın "Tərəqqi” filialının müdiri olub.

2008-ci ildə MTN-ə çağırılıb və orada Vüsal Ələkbərovun təzyiqi ilə Zal Yusifovun əleyhinə ifadə almağa çalışıblar:
"Həmin gün Zalla əlbir olaraq övladlarımın banka qoyduğu pulların mənimsənilməsində şübhəli bilinərək tutuldum. Qızlarım Səkinə 100 min, Günay 30 min, oğlum Rüstəm isə 125 min dollar əmanət qoymuşdu. Vüsal 2 günə 2 milyon dollar verməyimi tələb etdi, verə bilməyəcəyimi dedim. O dedi ki, pulu özünə istəmir, Eldar Mahmudov Mövlam Şıxəliyev vasitəsilə bu tələbi qoyub.
İki gün sonra barəmdə 3 ay müddətinə həbs qətimkan tədbiri seçildi. Həbsdə olanda Vüsal tez-tez yanıma gəlib təklikdə mənlə görüşüb pulu tələb edirdi. Öyrəndim ki, bacımın qaynı Nizami Kazımovu da tutub pul alıb buraxıblar. Vüsal özü dedi ki, "bax Nizami pulu çatdırdı buraxdıq, sən isə içəridə qalacaqsan”.
Mən də məcbur olub vəkilimlə evə xəbər göndərdim ki, artıq həbsdə qala bilmirəm, 2 milyon dollar tapsınlar. Oğlum Rüstəm 1 milyon 650 min dollar pulu gətirib Vüsala verdi. O da məndən həbsdən çıxandan sonra pulun qalanını da verməyi tələb etdi. Həkim komissiyası çağırıb ağır xəstəliyim olması barədə rəy verdilər.
Vüsal "hələ rəhbərlik deyir gözləsin” dedi və Eldar Mahmudovun qərarını gözlədiklərini bildirdi. Axşama kimi Vüsalın otağında oturub Eldar Mahmudovdan cavab gözlədik. Axşam Mövlam Şıxəliyev Vüsala zəng edib Eldar Mahmudovun razılıq verdiyini dedi.
Çıxandan sonra bildim ki, mənim və övladlarımın "Hyundai”, Lexus”, "Range Rover”, "BMW X6” maşınları, evimizdə olan bütün qızılları satıb, bir nəfərdən 400 min dollar borc alıb, qalanını da qohumlardan toplayıb pulu düzəldiblər. Mən də bankdan 350 min dollar kredit götürüb onu da Vüsala verdim. Bundan sonra mənim barəmdə cinayət işinə xitam verildi. Bir ay sonra Vüsal zəng edib onun üçün 2 ədəd "Vertu” telefonu almağımı istədi, 13 min manat verib telefonları aldım və aparıb xidməti otağında Vüsala verdim. Bir müddət sonra isə evimdə olan "Vinçester” markalı tüfəngi məndən aldı”.
H.Səfərov müstəntiqin sualına cavab olaraq bildirib ki, Mövlam Şıxəliyev barəsində "Təzadlar” qəzetinin baş redaktoru Asif Mərziliyə müsahibə verməyib, sadəcə bu barədə söhbət ediblər.
Baş redaktor A.Mərzili də bu işdə adı hallandığı üçün "MTN işi”nin istintaqına cəlb olunub.
O, şahid qismində dindirilərkən deyib ki, H.Səfərovla Beynəlxalq Universitetin rektoru Elşad Abdullayevin iş adamı Arzu Kazımovun barəsində verdiyi şikayətlərlə bağlı jurnalist araşdırması apararkən tanış olub:
"Hüseyn Səfərovun 2014-2016-cı illərdə verdiyi şikayətlərini və iqtisadçı ekspert kimi müsahibərlərini qəzetdə dərc etmişik. Bununla bağlı aramızda xoş münasibətlər yaranıb. H. Səfərov MTN-də "Texnikabank işi” üzrə aparılan istintaq zamanı Mövlam Şıxəliyev və Vüsal Ələkbərovun ondan 2 milyon dollar aldığını mənə demişdi. Həm də bir dəfə Nərimanov rayonunda "Şuşalılar” restoranının yanında yerləşən adını bilmədiyim bir restoranda görüşdük. Xüsusi kabinetdə geniş söhbət etdik, Hüseyn Səfərov MTN-də başına gələnləri təfsilatı ilə danışdı”.
Qeyd edək ki, V.Ələkbərovun cinayət işi ayrıca icraata götürülüb və hazırda məhkəmə prosesi davam edri. M.Şıxəliyev barəsində isə cinayət işinin istintaqı aparılır. M.Şəxliyev zamindədir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi