04-02-2017 [10:54]
Qızılağac Dövlət Təbiət Qoruğunda balıqların qanunsuz yollarla kütləvi şəkildə ovlanması ilə bağlı sosial şəbəkədə yerləşdirilmiş fotoşəkillər və məlumat Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən dərhal yerində araşdırılıb.
Araşdırma zamanı fotoşəkillərin Qızılağac Dövlət Təbiət Qoruğunun sərhədləri hüdudlarından 1,5-2 kilometr aralı məsafədə yerləşən Lənkəran rayonu Nərimanabad və Balıqçılar qəsəbələrini birləşdirən avtomobil yolunun sağ tərəfində Xəzər dənizinin sahilində, Dövlət Sərhəd Xidmətinin 14, 15, 16, 17 və 18 nömrəli yanalma körpüləri sahələrində 6 il əvvəl çəkildiyi müəyyən olunub.
Fotoşəkillərdəki qayığın nömrəsindən şəkillərin bir neçə il əvvəl çəkilməsi aydın görünür. Çünki araşdırma zamanı müəyyən edilib ki, Dövlət Sərhəd Xidməti tərəfindən 2012-ci ildən etibarən qayıqlara üç-dörd rəqəmli yanalma nömrələri verilir. Fotoşəkildə isə qayıqda iki rəqəmli yanalma nömrəsi yazılıb. Araşdırma zamanı Nazirliyin mütəxəssisləri şəkillərdə içərisində ovlanmış siyənək balıqları olan "Kazanka” tipli BA53 yanalma nömrəli qayığın Lənkəran rayonu Balıqçılar qəsəbə sakini Məmmədov İlqar Nurəli oğluna məxsus olduğunu müəyyənləşdirib. İ.Məmmədov yazılı izahat verərək sözügedən şəkillərin 2010-cu ildə çəkildiyini, həmin vaxt "Lənkəran Balıq Kombinatı” ASC-nin briqada üzvü olaraq ASC-yə verilmiş 18.10.2010-cu il tarixli, 07/15 nömrəli balıqovlama bileti ilə qanuni əsaslarla açıq dənizdə balıq ovladığını, şəkillərin Qızılağac DTQ-da çəkilmədiyini qeyd edib. Həmçinin ona məxsus qayığın yanalma nömrəsinin 6 il əvvəl BA505 olaraq dəyişdirildiyini bildirib.
Eyni zamanda, nazirliyin əməkdaşları tərəfindən 24-25 yanvar 2017-ci il tarixlərində, günün müxtəlif vaxtlarında Qızılağac Dövlət Təbiət Qoruğunun su akvatoriyasında reydlər keçirilib və bu müddətdə qanunsuz balıq ovlanması hallarına rast gəlinməsə də, ərazi Nazirliyin əməkdaşları tərəfindən nəzarətə götürülüb.
Qeyri-obyektiv məlumatların, yeri, çəkilmə tarixi dəqiqləşdirilməyən fotoşəkillərin sosial şəbəkələrdə yayılmasını ETSN qərəzli və məqsədli hesab edir, bunu ictimai fikrin çaşdırılması və saxta yollarla ictimai rəğbət qazanmaq cəhdi kimi qiymətləndirir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi