lham Əliyev Qəzzaya yardım aparan "Azadlıq donanması"nın israil ordusu tərəfindən hücumunu qınayıb

img

08-06-2010 [03:58]


Türkiyədə rəsmi səfərdə olan prezident İlham Əliyev Qəzzaya yardım aparan "Azadlıq donanması"nın İsrail ordusu tərəfindən hücumunu qınayıb. Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (CİCA) dövlət və hökumət başçılarının III sammitində çıxış edən dövlət başçısı İlham Əliyev Türkiyə və Azərbaycan xalqlarının həmrəy olduqlarını vurğulayıb. Prezident xüsusən Qəzzaya humanitar yardım aparan gəmilərə İsrailin hücumu və könüllülərin öldürülməsi ilə bağlı Türkiyənin yanında olduğunu qeyd edib. ?İsraili qınayır və Türkiyəyə dəstəyimizi ifadə etmək istəyirəm. Bundan başqa Azərbaycan xalqından Türkiyəyə başsağlığı verirəm?,- deyə prezident İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (CİCA) dövlət və hökumət başçılarının III sammitində çıxışı zamanı bildirib. Prezident İlham Əliyevin sözlərinə görə, Asiyada həyata keçirilən təhlükəsizlik tədbirləri, dünyadakı təhlükəsizlik tədbirlərinin böyük bir hissəsini əhatə edir: ?Terrorun yaxşısını da, pisini də pisləyirik. Əməkdaşlıq etmək mövcud riskləri azaldır. Terrorçuluq və problemlərlə mübarizə üçün səylərimizi birləşdirməliyik".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA