03-02-2017 [22:11]
"Dolların ucuzlaşması, manatın möhkəmlənməsi və ya sabitləşməsi müvəqqəti xarakter daşıyır. Bu ilin əvvəlindən bir qayda olaraq manata təzyiq az olur. Bunun da səbəbi büdcə vəsaitlərinin hələ ki, iqtisadiyyata yönəldilməsi ilə bağlıdır”.
Mia.az xəbər verir ki, bu barədə bakipost.az-a açıqlamasında iqtisadçı ekspert Samir Əliyev deyib. Onun sözlərinə görə, büdcə vəsaitləri əsasən sosial xərclərə ayrılır: "Yəni fevraldan başlayaraq investisiya xarakterli vəsaitlər iqtisadiyyata yönəldilir. Bundan sonra manata təzyiq artmağa başlayıb. Mən düşünürəm ki, manatın möhkəmlənməsi və ya sabitləşməsi müvəqqəti xarakter daşıyır.
Nəzərə alaq ki, Neft Fondu hərraca əvvəlkindən az - 25 milyon dollar çıxarır. Halbuki əvvəl daha çox çıxarırdı. Yəni bu gün tələbat ödənmədiyi bir halda hərraca çıxarılan dolların həcminin azaldılması onu deməyə əsas vermir ki, artıq dollara tələbat tam ödənilib. Hələ ki, Azərbaycanda dollar təminatı yeganə olaraq Neft Fondu tərəfindən həyata keçirilir. Digər mənbələr olmadığı üçün bu gün artıq Neft Fondunun çıxardığı vəsaitin həcmi bazara təsir göstərir. Biz diqqət yetirsək görərik ki, 2016-ci ildə dollar manata nisbətdə 13 faiz, yanvar ayında isə 8 faiz bahalaşıb”.
Samir Əliyev deyib ki, hazırda yumşaq ucuşlaşma gedir: "Neft Fondundan ayrılan vəsait imkan verir ki, Mərkəzi Bank borc öhdəliklərini yerinə yetirsin. Bura daha çox Beynəlxalq Bankın, dövlətin borcları daxildir. Bunu ona görə edir ki, bazara müdaxilə olmasın. Bazardan geri dollar alınmasın. Bazarda sırf banklar tərəfindən tələbat yaranıb. Yəni bir tərəfdən büdcə xərcləmələrinin olmaması, digər tərəfdən idxalın çox az olması. Hələ ki, idxal başlamayıb. Düşünürəm ki, bunun özü də dollara tələbatı azaldıb”.
İqtisadçı hesab edir ki, manat 1.90 və ya 1.95 həndəvərində, hətta 2 manat psixoloji həddində sabitləşə bilər: "Yəqin ki, bir müddətdən sonra biz yenidən manatın ucuzlaşmasını görəcəyik. Düzdür müəyyən bir dövrdə manatın sabitləşməsi labüddür. Ən azı bu ola bilsin ki, manat 1.90 və ya 1.95 həndəvərində, hətta 2 manat psixoloji həddində sabitləşə bilər. Amma bu, müvəqqəti xarakter daşıyır. Proses daha çox manatın ucuşlaması istiqamətində gedəcək. Ən əsası yaxın dövrlərdə, ən azı 2017-ci ildə kəskin devalvasiya olmayacaq. Amma manatın ucuzlaşması prosesi davam edəcək. Təbii ki, bu yumşaq şəkildə olacaq”.
Samir Əliyev qeyd edib ki, dolların əhəmiyyətli dərəcədə ucuşlaması gözlənilmir: "Məsələn, 2016-ci ildə devalvasiyada 1.55-dən sonra dollar 1.49-a qədər ucuzlaşdı. Bu ucuşlaşma müvəqqəti oldu. İndi də ola bilsin ki, dollar 1.80 səviyyəsinə kimi ucuşlaşsın. Amma düşünmürəm ki, bu uzun müddətli olacaq. Hətta mən 1.80-a düşməsinə belə şübhə ilə yanaşıram. Əgər bu baş verəcəksə qısa müddətli olacaq.
Dolların manata olan məzənnəsi üçün 1.90 və ya 2 manat həddi interval olacaq. Yəqin ki, Novruz bayramına kimi Mərkəzi Bank çalışacaq ki, rəsmi məzənnə 2 manat həddini ötməsin”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi