Tarif Şurasından metro və marşurutda gediş haqqı artırılması ilə bağlı - Açıqlama

img

03-02-2017 [15:01]


Bakı Metropolitenində və şəhərdaxili marşrut avtobuslarında gediş haqqının artırılması ilə bağlı Tarif (qiymət) Şurasına müraciət olunmayıb.

Mia.az xəbər verir ki , şuradan trend-ə bildiriblər ki, hazırda bu məsələnin müzakirəsi gündəmdə deyil. "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev də Trend-ə açıqlamasında təmsil etdiyi qurumun gediş haqqının artırılması ilə bağlı Tarif Şurasına müraciət etmədiyini bildirib.

Xatırladaq ki, metroda gediş haqqının 30, marşrutlarda isə 40 qəpiyə qaldırılması ilə bağlı Tarif Şurasında müzakirələr aparılması barədə məlumat yayılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA