Mikayıl Cabbarov əmr verdi, tədbirlər planı təsdiqləndi

img

03-02-2017 [13:16]


Təhsil naziri Mikayıl Cabbarov təhsil müəssisələrində Xocalı soyqırımının 25-ci ildönümünün keçirilməsi barədə Tədbirlər Planını təsdiq edib. 

Təhsil Nazirliyindən Mia.az-a verilən məlumata görə, plana əsasən, fevralın 24-də ali, orta ixtisas, ilk peşə, ümumi və məktəbdənkənar təhsil müəssisələrində ilk dərs Xocalı soyqırımına həsr ediləcək.

Tədbirlər planına görə, fevral ayında ali, orta ixtisas, ilk peşə, ümumi və məktəbdənkənar təhsil müəssisələrində Xocalı soyqırımına həsr olunmuş tədbirlərin (xatirə gecələri, foto və rəsm sərgiləri, şahidlərlə görüşlər və s.) keçirilməsi, milli azadlıq uğrunda mübarizəyə həsr olunmuş sənədli və bədii filmlər də nümayiş olunacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA