Havalar sərinləzəcək, ölkənin bəzi yerlərinə leysan və dolu düzəcək

img

08-06-2010 [02:41]


Yaxın günlərdə Azərbaycan hava şəraitinin yenidən pisləşəcəyi gözlənilir. İyunun 10-dək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, gecə və axşam saatlarında respublikanın bəzi rayonlarında lokal leysan xarakterli yağış yağacağı proqnozlaşdırılır. Qərb rayonlarına dolu düşəcəyi ehtimalı var. Havanın temperaturu tədricən 2-4 dərəcə enəcək. İyunun 9-da və 10-da Bakıda havanın temperaturu 30-34 dərəcə isti olacaq. İyunun ilk ongünlüyünün sonlarında Aran rayonlarında temperatur 31-36, dağlıq ərazilərdə isə 21-25 dərəcə isti olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA