03-02-2017 [11:49]
"Mən erməni saytlarını mütəmadi olaraq izləyirəm. Onlar Elnur Hüseynzadə ilə bağlı məsələlərə geniş yer verir və bizim media orqanlarına davamlı istinad edirlər. "İstipress.az” saytının Elnurun anasının fikirlərinə yer verilən videonun tərcümə olunmadan belə erməni saytlarında yayımlanmasını gördüm. Buna çox təəssüfləndim”.
Bu sözləri Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov deyib.
O bildirib ki, media bu sayaq hadisələrdə həssas olmalıdır:
"Mətbuat Şurası medianın belə məqamlarda həssas olması ilə bağlı dəfələrlə çağırışlar edib. Elnurun anasının fikirlərinin yer aldığı video yayımlandıqdan sonra mən müvafiq qurumlarla müzakirələr apardım. Həqiqət budur ki, Elnur ordudan tərxis olunub, hazırda o, rəsmən mülki şəxs statusundadır. Lakin bir sıra saytlar bunu nəzərə almayıb. Yaradılan mənzərə budur ki, guya Azərbaycan hərbçisi Ermənistan tərəfə keçib.
Hesab edirəm ki, belə təqdimat Elnurun geri qaytarılmasında da problem yaradacaq. Təbii ki, Elnurun hərbçi kimi təqdim olunması ideoloji müharibə baxımından da yolverilməzdir. Bu, düşmən dəyirmanına su tökməkdir, ölkənin informasiya təhlükəsizliyinə təhdiddir. İstərdim ki, media orqanları məsələnin həssaslığını dərk etsinlər. Bu, eyni zamanda, ən böyük peşəkarlıq göstəricisi olardı. Təəssüf ki, "istipress.az” saytı və ona istinad edənlərin timsalında biz bunu görmədik”(APA).
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin bəyanatında bildirilib ki, ermənilərin əlinə düşən E. Hüseynzadə mütəmadi olaraq hərbi intizamı pozması və xidmətə çıxmaması səbəbindən bir müddət əvvəl Silahlı Qüvvələrdən tərxis olunub, hazırda hərbi xidmətdə deyil. Müdafiə Nazirliyi KİV nümayəndələrini və sosial şəbəkə istifadəçilərini erməni təbliğat maşınının uydurmalarına inanmamağa çağırıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi