Müdafiə Nazirliyindən Elnur Hüseynzadənin anasına - Cavab

img

02-02-2017 [19:05]


"Bir sıra elektron informasiya resurslarında yayılan videosüjetdə Elnur Hüseynzadənin anası oğlunun hərbi xidmətdə olması ilə bağlı bəzi fikirlər səsləndirib”.

 Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib ki, keçmiş müddətdən artıq hərbi xidmət hərbi qulluqçusu kimi hərbi xidmətdə olduğu qısa bir zamanda E. Hüseynzadə intizamsızlığına görə bir neçə dəfə cəzalandırılmasından nəticə çıxarmayıb:

"Bir daha bildiririk ki, bu səbəbdən "Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin "e” bəndinə əsasən xidməti uyğunsuzluğa görə birlik komandirinin əmri ilə ordu sıralarından tərxis olunub. 

Qeyd etmək lazımdır ki, E.Hüseynzadənin nizam-intizamlı və hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsində ailəsinin də rolu olmalı idi”.

Xatırladaq ki, E.Hüseynzadə Ermənistan ordusu tərəfindən ötən gün saxlanılıb. Anası oğlunun müddətdən artıq hərbi xidmətdə olduğunu iddia edib. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA