İslam Oyunlarına görə dərslər tez bağlanacaq? - Nazir mümkün sayır

img

02-02-2017 [17:36]


Təhsil naziri Mikayıl Cabbarov Azərbaycanda keçiriləcək beynəlxalq idman yarışlarının tədris prosesinə təsirinin olub-olmayacağına aydınlıq gətirib.

Nazirin sözlərinə görə, beynəlxalq idman yarışlarının keçirildiyi coğrafi məkanların yaxınlığında yerləşən təhsil müəssisələrində bu məsələyə baxıla bilər: 

"Hazırda bu istiqamətində müəyyən işlər həyata keçirilir. Bu məsələlərdə biz çevik hərəkət edirik və həmin ali təhsil müəssisələrinin rəhbərlikləri ilə birlikdə Təhsil Nazirliyi daimi əlaqə yaradır, müzakirələr aparır”.

Nazir beynəlxalq idman yarışlarında iştirak edəcək tələbə könüllərinin tədris və imtahanı zamanı hər hansı güzəştlərin ediləcəyi ilə bağlı səslənən fikirlərə də toxunub: 

"Könüllü təhsil təcrübəsi əslində təhsil təcrübəsinin bir nüsxəsidir. Düşünmürəm ki, tələbə könüllülərin imtahanlarda hər hansı bir güzəştə ehtiyacı olsun. Keçmişdə biz könüllülərlə bağlı belə müraciətlərlə rastlaşmamışıq. Bu məsələlər ali təhsil müəssisələri ilə birlikdə sivil qaydada həyata keçirilir. 

Analoji şəkildə ali təhsil müəssisələrində təcrübə mövcuddur. Birinci il deyil ki, ölkəmizdə beynəlxalq tədbirlər həyata keçirilir. Ali təhsil müəssisələrimizin və tələbələrimizin gücünə arxalanmalıyıq”. (azvision)

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA