“Böyüklər təbiətə uşaqlardan daha çox zərər verirlər” – Seymur Verdizadə

img

02-02-2017 [16:20]


Azərbaycan Gənclər Fondunun dəstəyi, gənc fəal Raida Hüseynovanın təşkilatçılığı ilə Bakı şəhərindəki 258 saylı tam orta məktəbdə "Sağlam gələcək – sağlam ekologiyadan başlayır!” mövzusunda tədbir keçirilib.

Mia.az xəbər verir ki, layihənin rəhbəri Raida Hüseynova məktəblilər arasında ekoloji maarifçilik işinin gücləndirilməsinə ehtiyac olduğunu bildirib. 

R.Hüseynova deyib ki, analoji tədbirlər yeniyetməvə gənclər arasında təbiətə sevgi hissi aşılamağaxidmət edir.

Layihənin eksperti Seymur Verdizadə qeyd edib ki, son illər Azərbaycanda ekoloji maarifçilik sahəsində xeyli iş görülüb. 

Natiq vurğulayıb ki, ölkədə ekoloji mühitin qorunmasında dövlət qurumları ilə yanaşı, vətəndaş cəmiyyəti institutlarının da üzərinə xeyli iş düşür. S.Verdizadə deyib ki, növbəti tədbirlərdə uşaqlarla yanaşı, böyüklərin də iştirakını təmin etmək lazımdır: "Müşahidələrimiz göstərir ki, təbiətə böyüklər uşaqlardan daha çox zərər verirlər”.

"Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin sədri Çingiz Bayramov isə məktəbliləri təbiəti sevməyə, yaşıllıqların qeydinə qalmağa səsləyib. 

Ç.Bayramov deyib ki, sağlam ekoloji mühit sağlam cəmiyyətin əsas atributlarından biridir.

Sonda tədbir iştirakçılarına sertifikatlar paylanılıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA