Azərbaycanda mobil telefon nömrələrinin satışı dayandırıldı - Səbəb

img

02-02-2017 [15:11]


Dünəndən etibarən, Azərbaycanda mobil telefon nömrələrinin satışı dayandırılıb.
 
Mia.az Lent.az-a istinadən xəbər verir ki, Bakıda və rayonlarda mobil operatorların rəsmi dilerləri, eləcə də digər ticarət obyektlərində nömrə satışı həyata keçirilmir.

"Azercell", "Bakcell" və "NAR Mobile" mağazalarından bildirilib ki, nömrə satışının nə vaxt bərpa ediləcəyi barədə məlumatlı deyillər.

Azərbaycanda mobil telefon nömrələrinin satışının dayandırılmasının səbəbi məlum olub.
 
Mobil operatorlardan bildirilib ki, hazırda mobil telefon nömrələrinin satışının olmaması bu nömrələrin rəsmiləşdirilməsi və qeydiyyatı qaydalarına edilmiş dəyişikliklə bağlıdır. Nazirlər Kabinetinin qaydalara dəyişiklik etməsi səbəbindən sistemdə bəzi işlər görülür və yaxın vaxtlarda satışın bərpa ediləcəyi gözlənilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA