Misir Mərdanov: ?iyunun 24-25-dək bütün məzunların attestatı özlərinə çatdırılacaq?

img

08-06-2010 [01:14]


?Orta məktəblərdə qızıl medalların verilməsini bu ilə çatdıra bilməyəcəyik. Çünki qaydalar tam təsdiq olunmayıb. Ancaq gələn ildən buna başlayacağıq?. Müstəqil İnformasiya Agentlyinin xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında təhsil Naziri Misir Mərdanov məlumat verib. Nazir onu da bildirib ki, ali məktəbə qəbulda medalın ciddi bir əhəmiyyəti olmayacaq. Buraxılış imtahanları barədə məlumat verən M.Mərdanov hələlik iki bölgədə imtahanların keçirildiyini bildirib. Onun sözlərinə görə, nəticələr ötən ilkindən xeyli yüksəkdir: ?Dünən qərb bölgəsində 11-ci sinif şagirdləri üçün buraxılış imtahanları keçirdik. Nəticələri bu gün bəlli olacaq. Həmin bölgədə bu gün 9-cu siniflər üçün imtahanlar keçirilir və onun nəticələri sabah bilinəcək?. Nazir onu da deyib ki, daşqın bölgəsində buraxılış imtahanlarından azad edilmiş məktəblərdə təhsil alan 11-ci sinif şagirdlərinə attestatın verilməsi ali məktəblərə qəbul üçün nəzərdə tutulmuş vaxtadək başa çatacaq. Onun sözlərinə görə, iyunun 24-25-dək bütün məzunların attestatı onların özlərinə çatdırılacaq. [b]Rəhilə MANAFOVA[/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA