"Elnur Hüseynzadə tərxis olunub, hazırda hərbi xidmətdə deyil" - Müdafiə Nazirliyindən erməni təxribatına cavab

img

02-02-2017 [13:17]


"Azərbaycan Silahlı Qüvvələri bölmələrinin fevralın 1-də cəbhə xəttində guya təxribat törətməsi və itki verməsi barədə erməni tərəfinin yaydığı məlumat yalandır".

Mia.az xəbər verir ki, bu sözləri Azərbaycan Müdafiə Nazirliyi bu gün yaydığı açıqlamada bildirib.

Nazirlik əlavə edib ki, cəbhə xəttində heç bir aktiv döyüş toqquşması baş verməyib:

"Erməni tərəfinin yaydığı xəbərdə adı çəkilən Elnur Hüseynzadə mütəmadi olaraq hərbi intizamı pozması və xidmətə çıxmaması səbəbindən bir müddət əvvəl Silahlı Qüvvələrdən tərxis olunub və hazırda hərbi xidmətdə deyil".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA