Bakıya 29 sm qar yağıb

img

02-02-2017 [11:30]


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti fevralın 01-i gündüzdən fevralın 02-si səhərədək müşahidə olunmuş faktiki hava ilə bağlı açıqlama yayıb.

Nazirlikdən Mia.az-a daxil olan xəbərə görə, ölkə ərazisində fevralın 01-dən 02-si səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, yağıntılı olub, qar yağıb, bəzi yerlərdə intensiv olub.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 0.3-6, Böyük Qafqazda 0.3-8, Kiçik Qafqazda 1-2, Naxçıvan MR-da 0.6-1, Lənkəran-Astara zonasında 3-25, Mərkəzi Aran rayonlarında 2-14, Qazax-Gəncə zonasında 0-4 mm təşkil edib.

Qar örtüyünün hündürlüyü Bakıda və Abşeron yarımadasında: Bakıda 29, Zabratda 17, Maştağada 11, Pirallahıda 2, Böyük Qafqazda: Sarıbaşda 67, Şamaxıda 28, Şəki, Kişçayda (Şəki) 27, İsmayıllıda 20, Altıağacda 18, Oğuz, Qəbələdə 13, Qubada 11, Zaqatalada 10, Xaltanda 9, Qusar, Xaçmaz, Balakəndə 6, Şabranda 3, Lənkəran-Astara zonasında: Rvarudda 70, Lerikdə 59, Yardımlıda 32, Göytəpədə 21, Lənkəranda 17, Kəlvəzdə 14, Biləsuvarda 12, Astarada 6, Kiçik Qafqazda: Daşkəsəndə 21, Gədəbəydə 16, Göygöldə 10, Naxçıvan MR-da: Ağdərədə 64, Şahbuz, Naxçıvanda 32, Şərurda 27, Ordubadda 3, Mərkəzi-Aran rayonlarında: Beyləqanda 24, İmişlidə 15, Cəfərxanda 12, Zərdab, Sabirabadda 10, Qazıməmməd, Tərtər, Göyçayda 8, Mingəçevirdə 3, Salyanda 2, Kürdəmirdə 1, Qazax-Gəncə zonasında: Tovuzda 20, Ceyrançöldə 16, Ağstafada 10, Şəmkirdə 7, Gəncədə 3, Naftalanda 1 sm olub.

Havanın minimal temperaturu fevralın 02-də Bakıda və Abşeron yarımadasında 1-3, Aran rayonlarında 1-5, dağlıq rayonlarda 10-13, Naxçıvan MR-da 7-16 dərəcə şaxta təşkil edib.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA