Kerrini o əvəzlədi - ABŞ-ın yeni dövlət katibi təsdiqləndi

img

02-02-2017 [01:06]


ABŞ Senatı Reks Tillersonun dövlət katibi postuna namizədliyini təsdiqləyib.

Mia.az "Associated Press"ə istinadən xəbər verir ki, Tillersonun namizədliyi səs çoxluğu ilə qəbul edilib.

Qeyd edək ki, Donald Tramp "Exxon Mobil"in rəhbəri Reks Tillersonun dövlət katibi vəzifəsinə namizədliyini dekabrın 13-də irəli sürmüşdü.

Keçmiş dövlət katibi Con Kerrinin istefasından sonra isə onun səlahiyyətlərini müvəqqəti olaraq müavini Tomas Şennon icra edirdi. 

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA