Bu vəzifəli şəxslər kommersiya və vergi sirrini əldə edəcəklər - Sərəncam

img

01-02-2017 [18:25]


Azərbaycanda kommersiya və (və ya) vergi sirri hesab olunan məlumatları əldə edə bilən vəzifəli şəxslərin siyahısı təsdiqlənib.

Mia.az-ın məlumatına görə, Prezident İlham Əliyev "Kommersiya (vergi) sirri hesab olunan məlumatları əldə edə bilən vəzifəli şəxslərin siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 oktyabr tarixli 1052 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

Sənədə əsasən, siyahıya Azərbaycanın vergilər naziri, nazirin birinci müavini, nazirin müavinləri, Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar, Daxili təhlükəsizlik, Hüquq, Vergi risklərinin təhlili və nəzarəti, Ərazi vergi orqanları ilə iş üzrə, Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu, Beynəlxalq əməkdaşlıq və maliyyə institutlarında vergi monitorinqi, Vergi öhdəliklərinin icrasına nəzarət, Vergi qanunvericiliyinin icrasına nəzarət departamentlərinin baş direktorları, Vergilər Nazirliyi yanında departamentlərin və ərazi vergilər departamentlərinin baş direktorları, Vergilər Nazirliyinin ərazi vergilər idarələrinin və rayon vergilər şöbələrinin baş direktorları, Vergilər Nazirliyi yanında Vergi cinayətlərinin ibtidai araşdırılması departamentinin İqtisadi sahədə mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarəsinin rəisi daxildir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA