“Ola bilər ki, orada bir səviyyəsiz adam olub“ - Spikerdən "Türk Hava Yolları”nın özbaşınalığına reaksiya

img

01-02-2017 [17:59]


"İstanbul aeroportunda "Azərbaycan Hava Yolları” QSC -nin (AZAL) təyyarəsinə bilet satmaqdan imtina edilməsi halı olub".

Bunu Milli Məclisin bu gün keçirilən iclasında "Aviasiya haqqında” qanuna əlavə və dəyişikliklər layihəsinin müzakirəsində millət vəkili Qüdrət Həsənquliyev bildirib.

Q. Həsənquliyev deyib ki, bir həftə əvvəl tanışı olan bir azərbaycanlı İstanbuldan Bakıya uçacaq AZAL-a məxsus təyyarəyə bilet almaq istəyib. Ancaq kassada ona "AZAL”ın həmin vaxt uçacaq təyyarəsinə bilet olmadığı bildirilib və həmin gün Bakıya uçacaq "Türk Hava Yolları” şirkətinin təyyarəsinə bilet almaq təklif edilib: "Həmin şəxs Bakıda AZAL-ın nümayəndəsi ilə əlaqə saxlayıb. AZAL-ın nümayəndəsi həmin təyyarəyə bilet olduğunu bildirib və elektron qaydada bilet sifariş edib. Mənim tanışım da həmin təyyarəyə sifariş edilmiş bileti alıb. O, 16.05-də Bakıya uçacaq təyyarəyə daxil olan zaman təyyarədəki yerlərin əksəriyyətinin boş olduğunun şahidi olub. Bu barədə təyyarədəki kitaba da qeydini yazıb. Türkiyə və Azərbaycan qardaş dövlətlərdir, belə hallara yol verilməməlidir. Biz bu kimi məsələlərə etirazımızı bildirməliyik”.

Spiker Oqtay Əsədov isə "Ola bilər ki, orada bir səviyyəsiz adam olub. Öz biletlərini satmaq istəyib və belə bir təklif edib. Bu, AZAL-ın günahı deyil. Məsələ araşıdırılar”, – deyə bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA