"Əgər şərait tələb edərsə, üçtərəfli görüş ola bilər" - Rusiyalı həmsədrdən yeni anons

img

01-02-2017 [15:13]


ATƏT-in Minsk qrupunun həmsədrləri fevralın ortalarında Münhen təhlükəsizlik konfransı çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil etməyə hazırdır.
 
Bunu TASS-a açıqlamasında ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov deyib. 

O bildirib ki, həmsədrlər konfrans çərçivəsində hər iki ölkənin xarici işlər nazirləri ilə ayrılıqda məsləhətləşmələr aparmaq niyyətindədirlər: "Əgər nazirlər maraq göstərsələr, biz onların birgə görüşünü təşkil edəcəyik”.
 
Həmsədr qeyd edib ki, ötən yay Sankt-Peterburqda əldə olunan razılaşmaya əsasən Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Rusiya-Azərbaycan-Ermənistan formatı üzrə işlər davam etdirilir: "Bu yaxınlarda Dağlıq Qarabağ məsələsi Sergey Lavrovla Edvard Nalbandyan və daha sonra Elmar Məmmədyarov arasında müzakirə olunub. Əgər şərait tələb edərsə, üçtərəfli görüşün keçirilməsi imkanı da yarana bilər".  

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA