Ramil Usubovdan daha bir təyinat - Nazir Sadiq Gözəlovun yerinə onu gətirdi

img

01-02-2017 [13:48]


Daxili İşlər Nazirliyinə yeni mətbuat xidməti təyin olunub.

Mia.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Daxili işlər naziri general-polkovnik Ramil Usubovun əmri ilə nazirliyin mətbuat xidmətinə polis polkovniki Ehsan Zahidov rəhbər təyin edilib.

DİN mətbuat xidməti faktı təsdiqləyib.

Qeyd edək ki, bir neçə gün əvvəl bu qurumun rəhbəri Sadiq Gözəlov xidmətdə olmanın yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilmişdi. Ehsan Zahidov isə uzun illər idi ki, sözügedən idarədə rəis müavini olaraq çalışırdı.




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA