“Azəriqaz” qaz, "Azərişıq" enerji probleminin yaranmadığını bəyan etdi

img

01-02-2017 [11:41]


Bir neçə gündür ki, ölkə ərazisində şaxtalı, qarlı hava şəraiti hökm sürür. Havaların soyuq keçməsi paytaxtda və bölgələrdə müəyyən çətinliklər yaradıb.

Qarlı hava şəraiti ilə əlaqədar paytaxtda və bəzi bölgələrdə təbii qazın və elektrik enerjisinin verilişində problemlərin yarandığından şikayət edənlər var. Modern.azsaytı bununla əlaqədar rəsmi qurumlarında mövqeyini öyrənib.

"Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev ölkə ərazisində hökm sürən hava şəraiti ilə əlaqədar olaraq, "Azəriqaz” İstehsalat Birliyinin əməkdaşlarının 24 saat xidmət göstərdiklərini deyib.

"Əhali təlabata uyğun olaraq təbii qazla təmin olunur. Hava şəraiti ilə bağlı hələlik nə rayonlarda, nə paytaxtda, nə də Bakıətrafı ərazilərdə təbii qazın verilməsində hər hansı bir ciddi problem yaranıb. Əgər hər hansı qəza halları baş verərsə, "Azəriqaz” İstehsalat Birliyinin Təmir-tikinti idarəsinin işçi heyəti lazımi avadanlıqlarla, maşın mexanizmləri ilə tam təmin olunub ki, baş vermiş qəzaları tam aradan qaldırsınlar”.

"Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev abonentlərin fasiləsiz olaraq elektrik enerjisi ilə təmin olunduqlarını bildirib.

"Hava şəraiti ilə bağlı hələlik nə rayonlarda, nə paytaxtda, nə də Bakıətrafı ərazilərdə elektrik enerjisi təminatında ciddi problem yaranmayıb. Qışa ümumi hazırlıq yüksək səviyyədədir. Maşın mexanizmlərimiz, materiallarımız, avadanlıqlarımız, dağlıq rayonlarda və aran yerlərindəki işçi qrupumuz hazır vəziyyətidir. Yay fəsli ərzində dayaqlar dəyişdirilib, qəzalı vəziyyətdə olan yerlər yenidən bərpa olunub. Bir sözlə desək, qışa hazırlıq üçün xeyli işlər görülüb. Nə qədər hava kəskinləşsə də elektrik enerjisinin verilməsində heç bir problem yaşanmayacaq”.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA