"Vəziyyət stabildir və əhalinin su ilə təmin edilməsi davam etdirilir" - Anar Cəbrayıllı

img

01-02-2017 [10:48]


Ölkə ərazisində müşahidə olunan hava şəraiti ilə əlaqədar "Azərsu" ASC-nin mərkəzləşdirilmiş və paylayıcı şəbəkələrində heç bir donma halı qeydə alınmayıb. 

Bunu "Azərsu" ASC-nin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib.

"Bu ana qədər bununla bağlı qurumun zəng mərkəzinə heç bir şikayət daxil olmayıb. Bakı, Abşeron və həmçinin regionlarda vəziyyət stabildir və əhalinin su ilə təmin edilməsi davam etdirilir. Su təchizatında heç bir problem yoxdur. Fasiləli su alan fasiləli, rejimlə su alan isə rejimlə suyunu alır", - deyə A. Cəbrayıllı qeyd edib.
APA

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA