Azərbaycanda benzin bahalaşdı – Yeni qiymət tablolarda

img

01-02-2017 [01:01]


Ölkəyə idxal olunan benzinin qiymətində artım baş verib.

Artıq yanacaqdoldurma məntəqələrində "AI-95 Premium" və "Aİ-98 Super" markalı benzinin yeni qiymətləri tablolara vurulub. Belə ki, "AI-95 Premium" markalı benzinin yeni qiyməti 1,15 AZN və "Super Aİ-98" markalı benzinin isə 1,20 AZN müəyyənləşib.

Bu markalı benzinlər ölkəyə idxal olunur və qiyməti sərbəst tənzimlənir. Qiymət artımı Azərbaycanda istehsal olunan "AI-92" markalı benzin və "L-62" markalı dizel yanacağına tətbiq olunmayıb. Bu məhsulların qiyməti Tarif Şurası tərəfindən tənzimlənir.

Ölkəyə idxal olunan benzinin qiyməti bundan əvvəl bu ilin yanvarın 13-də artmışdı. Həmin vaxt "Aİ-95 Premium" markalı benzin 1,05 AZN, "Aİ-98 Super" markalı benzin isə 1,10 AZN idi.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA