Türkiyə-Azərbaycan qaz sazizi imzalandı

img

07-06-2010 [04:23]


Türkiyə ilə Azərbaycan arasında uzun müddətdir davam edən təbii qazla bağlı danışıqlarda razılaşma əldə edilib. İki ölkə arasında 3 qaz protokolu imzalanıb. İmzalanma mərasimindən sonra Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız, Azərbaycan tərəfindən isə sənayə və energetika naziri Natiq Əliyev mətbuata açıqlama veriblər. Protokollarla bağlı məlumat verən Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız üç əsas məsələ ilə bağlı razılıq əldə edildiyini bildirib: ?Birincisi "Şahdəniz" yatağının 1-ci fazasından 2008-ci il 15 aprel tarixindən etibarən Azərbaycandan aldığımız təbii qazın qiyməti yenidən müəyyənləşdirildi. Ammu bu qiymətlə bağlı məlumat verməyəcəyəm. İkincisi "Şahdəniz " yatağının 2-ci fazası ilə bağlıdır. Bu yataq 2016-2017-ci illərdə dövriyyəyə girəcək. Bununla bağlı həm qiymətdə, həm də miqdarda razılaşma əldə etdik. Üçüncüsü, tranzit keçid tarifi ilə bağlıdır. Bu razılaşma qurulacaq azərbaycanlı şirkəti vasitəsilə ?Petkim?ə qaz verilməsini ehtiva edir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA