Fikrət Məmmədov: "712 min icra işi daxil olub"

img

31-01-2017 [20:59]


"Ədliyyə Nazirliyinin mühüm fəaliyyət istiqamətlərindən olan məhkəmə qərarlarının icrası sahəsində iş yükü kəskin artıb".

Bunu Ədliyyə Nazirliyinin yanvarın 31-də keçirilən kollegiya iclasında nazir Fikrət Məmmədov deyib.

O bildirib ki, icra qurumlarına 2015-ci illə müqayisədə 60% çox – 712 min icra işi daxil olub:

"Onlardan 300 mindən çoxunun icrası təmin edilib, digərlərinin icrası üzrə tədbirlər davam etdirilir. Görülən tədbirlər nəticəsində hüquqi və fiziki şəxslərə 548 milyon manata yaxın vəsait ödətdirilib. 

İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən 6.548 şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilib, o cümlədən 3.519 şəxs məhkəmələr tərəfindən inzibati qaydada həbs olunub, məhkəmə qərarlarının icrasından qəsdən yayınan 316 şəxs barəsində cinayət işi başlanılıb. Hesabat dövründə 8.435 borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb, məhkəmə qərarını icra etmiş 1.857 şəxsdən əvvəllər qoyulmuş məhdudiyyət götürülüb."

Nazirin sözlərinə görə, məhkəmə ekspertizası mərkəzinə il ərzində 41 ekspert ixtisası üzrə 31 minə yaxın iş daxil olub, bu zaman ekspertlər 578 mindən çox suala cavab verməklə qaldırılmış məsələlərin 99,7%-ni həll ediblər(Report).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA