Benzinin qiyməti yenə qalxacaq - 10 qəpik

img

31-01-2017 [20:17]


Bu gün saat 24-00-dan sonra respublikamıza xaricdən idxal edilən "Aİ-95” premium və  "Aİ-98” super  markalı benzinin qiymətində yenidən bahalaşmanın olacağı gözlənilir.  

Mia.az Azinforum.az-a istinadən xəbər verir ki, hazırda "Aİ-95” premium markalı benzinin  bir litrinin qiyməti 1,05 AZN, "Aİ-98” isə  1.10 AZN təşkil edir:

"Hər iki növ benzinin qiyməti sabahdan etibarən, 10 qəpik bahalaşacaq. Yəni  "Premium” 1.15 AZN-ə, "Super” isə 1.20 AZN-ə satılacaq".

Xaricdən idxal edilən bu növ benizinlərin qiymətindəki son artım bu ilin 13 yanvarında müşahidə edilib.

Sayt bildirir  ki, qiymət artımı respublikamızda istehsal olunan və sürücülərin böyük əksəriyyətinin istifadə etdiyi "Aİ-92” markalı benzinə şamil olunmayacaq. Yəni istər "Aİ-92” markalı benzinin, istərsə də dizel yanacağının qiymətində dəyişiklik olmayacaq.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA