Nazirlər Kabineti "ümumi təhsil pilləsinin dövlət standartı və proqramları"nı təsdiq edib

img

07-06-2010 [01:56]


Baş nazir Artur Rasizadə "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında qərarı imzalayıb. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Nazirlər Kabinetindən məlumat daxil olub. Qərarda aşağıdakı müddəalar qeyd olunub. 1. "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)" təsdiq edilsin (əlavə olunur). 2. "Azərbaycan Respublikasında ümumi orta təhsilin dövlət standartlarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 26 aprel tarixli 72 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, ? 4, maddə 278; 2005-ci il, ? 8, maddə 781) qüvvədən düşmüş hesab edilsin. 3. "Azərbaycan Respublikasında ümumi orta təhsilin dövlət standartlarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 26 aprel tarixli 72 nömrəli qərarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 4 avqust tarixli 150 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, ? 8, maddə 781) qüvvədən düşmüş hesab edilsin. 4. "Azərbaycan Respublikasında ümumi təhsilin konsepsiyasının (Milli Kurikulumun) təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 30 oktyabr tarixli 233 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ? 10, maddə 908) qüvvədən düşmüş hesab edilsin.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA