31-01-2017 [15:25]
"Azərbaycanda çox önəmli struktur və kadr islahatları aparılacaq”.
Mia.az xəbər verir ki, bunu BakiPost.az-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Prezident İlham Əliyevin "Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfrans"dakı çıxışını şərh edərkən deyib.
Onun sözlərinə görə, İlham Əliyev bir çox vacib islahatlar edəcək: "3 dəfə (2004-2008, 2009-2013 və 2014-2018-ci illər) Azərbaycanın regionların iqtisadi inkişafı proqramı qəbul olunub. Dünən keçirilən konfrans üçüncü proqram idi.
İki proqramın əsas məqsədi regionlarda infrastruktur layihələrinin həyata keçirilməsi olub. Yəni regionlarda qaz, işıq, su və digər sistemlərin həyata keçirilməsi.
Üçüncü bu əsas proqramda əsasən regionlarda istehsal sahələrinin yaradılması, kənd təsərrüfatının inkişafı və s. kimi bu sahəyə daha çox diqqət ayrılıb.
Prezident 2016-ci ilin yekunları ilə bağlı iclasda bu məsələyə toxundu. Regionların iqtisadi inkişafı üçün öndə duran bütün məsələlərə nəzər yetirdi. Bu istiqamətdə həm cəmiyyətə, həm nazirlərə, həm də icra başçılarına mesajlar da verdi. Hesab edirəm ki, belə görüşlərin keçirilməsi sahibkarlar və konfransda olan hökumət məmurları üçün böyük əhəmiyyət kəsb edir. Çünki cənab prezident orda birbaşa onlara göstərişlər verdi. Hətta iclasda prezident kənd təsərrüfatı ilə əlaqədar konkret nə qədər torpaq sahəsi verilməsinə, hansı rayonlarda su təsərrüfatının yenidən çəkiləcəyinə çox ciddi toxundu. Göstərişlər verdi, bildirdi ki, deyilən bütün məsələlər nəzarətdədir. Bu məsələlər vaxtı-vaxtında yoxlanılacaq. Prezident İlham Əliyev konkret olaraq bu məsələlərə şəxsən özü müdaxilə etdi”.
Deputat bildirib ki, prezidentin növbəti dəfə məmurlara xəbərdarlıq etməsi önəmli məsələlərdən biri idi:
"Cənab prezident konfransda məmur-xalq münasibətinə də ciddi toxundu. Bildirdi ki, məmur xalq üçün işləməli, xalqın yanında olmalıdır. Bu məsələ də çox ciddidir. Belə bir konfransların keçirilməsi Azərbaycan üçün, ümumiyyətlə iqtisadiyyat üçün əhəmiyyətlidir ki, orada bəzi məsələlər həll olur. Nazirlər sahibkarla görüşür, sahibkarlar lazım olanda öz məsələlərini qaldıraraq onların həllinə çalışırlar. Ona görə bu konfransların əhəmiyyəti böyükdür”.
Vahid Əhmədov vurğulayıb ki, prezident İlham Əliyevin qarşıya qoyduğu əsas məqsədlərdən biri ixrac yönümlü məhsulun artırılmasıdır:
"Cənab prezident "strateji yol xəritəsi”ni təsdiq edib. Bu, çox əhatəli böyük bir proqramdır. Bu xəritə ilə əlaqədar olaraq Azərbaycanda onun həyata keçirilməsi üçün çox ciddi islahatlar start götürüb. Biz gözləyirik ki, artıq Azərbaycanda struktur və kadr islahatları həyata keçirilsin. Bu proqramı həyat keçirmək mümkün olsun. Çünki proqram ağırdır. Yəqin ki, cənab prezident müəyyən islahatlar aparacaq. Həmçinin kadr islahatlarına start verəcək. Müəyyən dəyişikliklər gedəcək ki, bu proqram həyata keçsin. Prezidentin qarşıya qoyduğu əsas məqsədlərdən biri ixrac yönümlü məhsulun artırılmasıdır. Azərbaycanda neftin istehsalatı müəyyən qədər azalıb.
Buna görə də qiymət düşüb. Ona görə Azərbaycana əlavə vəsaitin, yəni dolların gəlməsi üçün ixrac yönümlü məhsulların sayı artırılmalıdır. Bu da ən ciddi və önəmli məsələlərdən biridir. Bu planların həya keçirilməsi üçün bir daha göstərişlər verildi ki, bunların hamısı nəzarətdədir. Yerli icra hakimiyyəti orqanları, nazirlər və sahibkarlar bunu anlamalıdır”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi