31-01-2017 [14:23]
Ləğv edilmiş MTN-in həbsdə olan generalları və onların əməkdaşlarının cinayət işinin materialları açıqlandıqca məlum olur ki, bu şəxslər bizneslə məşğul olub olmamasına, qanuni və ya qanunsuz işləməyinə fərq qoymadan hər kəsdən nəsə "qoparmağa” çalışıblar. İttiham aktlarında diqqət çəkən məqamlardan biri isə ilk tələb olunan rüşvətin məbləği və sonradan həmin qiymətə edilən endirimlərdir.
Mia.az xəbər verir ki, qafqazinfo.az bu mövzuda qısa araşdırma apararaq "MTN endirimləri”nin siyahısını hazırlayıb.
Zərərçəkən şəxslərin ifadələrindən görünür ki, əksər şəxslərdən ilk olaraq 100 min – 1 milyon arası məbləğ tələb edilib, sonra isə güzəştlər başlayıb. Bir neçə şəxs isə ilk tələb olunan pulu tam ödəyib. Bunlardan biri də "Bakı Metropoliteni”nin sabiq sədri Tağı Əhmədovdur. T.Əhmədov ondan tələb olunan 3 milyon manatı necə deyərlər, qəpiyinə kimi ödəyib.
Bu məsələdə bir nəfərin şansı gətirib, 2 nəfərin isə köməyinə başqa bir məmur çatıb. Şansı gətirən şəxs sahibkar deyil, sıravi vətəndaş Səbuhi Məcidovdur. Bu şəxs maddi çətinlikləri olduğu üçün bağ evini satıb və 64 min manat beh alıb. Pulu aldığı obyektdən çıxan kimi MTN-çilər onu saxlayıb və nazirliyə aparıb, üstündəki pul də mənimsənilib. Ondan buraxılması üçün 300 min manat tələb olunub. Lakin qəti olaraq bu pulu verə bilməyəcəyini dedikdə o, 1 həftə nazirlikdə saxlanılıb. Sonda isə "sənin telefon danışıqlarına qulaq asmışıq, düz deyirsən, həqiqətən də pulun yoxdur”,- deyərək sərbəst buraxıblar.
Digər dövlət qurumlarında yüksək vəzifədə işləyən qohumları olduqları üçün canlarını qurtaran şəxslər isə sahibkarlar Ərəstun Nəsibov və Sabir Fərzəliyevdir. Ə.Nəsibovun buraxılmasını onun biznes ortağı Arif Vəliyevin dostu Vergilər Nazirliyinin İbtidai İstintaq Departamentinin sabiq rəisi, general Vidadi Məmmədov qudası, MTN generalı Sübahir Qurbanovdan xahiş edib. Ə.Nəsibov buraxılsa da, MTN-çilərin xahişi ilə onlar üçün "ətir səbəti” hədiyyə edib.
S.Fərzəliyev nazirliyə aparıldıqdan sonra ona "Sən Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə əlbir olub külli miqdarda dövlət əmlakını mənimsəmisən, malları qaçaq yolla ölkəmizə gətirirsən”,- deyilib və buraxılması üçün 200 min manat tələb olunub. Təsadüfən, DGK-nın qaçalmalçılığa qarşı mübarizə idarəsinin şöbə rəisi Malik adlı şəxs onun tanışı olub. Bu barədə ona məlumat verib, DGK vəzifəlisinin xahişi ilə o, sərbəst buraxılıb. Bir müddət sonra isə MTN zabiti Natiq Alıyevin xahişi ilə onun evinin taxtalarını almaq üçün 7 min manat ödəyib.
MTN-də saxlanılan 31 nəfərdən tələb olunan və endirim edilərək alınan pulların məbləğlərinin siyahısını təqdim edirik:
Saxlanılan şəxs | Tələb olunan məbləğ | Endirimlə ödənilmiş məbləğ | |
1 | "Riyad Prodakşn” MMC-nin sahibi Şahmar Qurbanov | 1 milyon | 500 min |
2 | "MTK Real”ın sahibi İlham Qasımov | 500 min | 250 min |
3 | "Azərtikinti-ATF” MMC sədri Azər Quliyev | 1,2 milyon | 190 min |
4 | "Moda” dükanının sahibi Əbil Vəzirov | 200 min | 80 min |
5 | "Badi-Kubə”, "Yeni Yasamal” MTK-ların sahibi Nəsib Əliyev | 100 min | 80 min |
6 | "Karvansaray-2010” MMC-nin təsisçiləri Nadir Quliyev və Nizami Quliyev | 1 milyon | 100 min |
7 | Zərgər Elçin Hacıyev | 150 min | 80 min |
8 | "Met-ak” MMC sahibi Alik Kərimov | 50 min | 10 min |
9 | "Nart” Ticarət Mərkəzində sahibkar Aydın Musayev | 500 min | 300 min |
10 | Zərgər Mübariz Paşayev | 1 milyon | 225 min |
11 | Zərgər Elman Kərimov | 150 min | 100 min |
12 | Zərgər Rauf Həsənov | 600 min | 300 min |
13 | Zərgər Rəşad Mehrəliyev | 100 min | 65 min |
14 | Sahibkar Ehtibar Rzayev | 100 min | 50 min |
15 | Zərgər Azad Əzimov | 200 min | 50 min |
16 | Zərgər İlqar Əliyev | 500 min | 150 min |
17 | "Qardaşlar mebel” MMC-nin rəhbəri Əli Mirzəyev | 2 milyon | 500 min |
18 | Daşkəsən rayon icra başçısı Əhəd Abıyev | 1 milyon | 686 min |
19 | Sahibkar Nizami Quliyev | 200 min | 50 min |
20 | Vətəndaş Əşrəf Kabulov | 50 min | 30 min |
21 | Vətəndaş Səbuhi Məcidov | 300 min | 0 |
22 | Sahibkar Ələddin İbadov | 150 min | 50 min |
23 | "VİB” MMC rəhbəri Zabil Salmanov | 3 milyon | 437 min |
24 | Sahibkar Ərəstun Nəsibov | 1 milyon | 4 min |
25 | "Maqnit” mağazalar şəbəkəsinin sahibi Seymur Abdullayev | 500 min | 250 min |
26 | Sahibkar Saleh Səmədov | 1 milyon | 300 min |
27 | Sahibkar Sabir Fərzəliyev | 200 min | 7 min |
28 | "Arazplast” MMC-nin müdiri Elman Muradov | 1 milyon | 80 min |
29 | Valyuta dəyişmə məntəqəsi sahibi Elşən Həsənov | 500 min | 200 min |
30 | "Elnur-2” MMC sahibi Xudayar Rəhimov | 1 milyon | 200 min |
31 | Zərgər Cahangir Aslan | 200 min | 50 min |
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi