Daha 17 zəhər və rayonda buraxılız imtahanları keçirilib

img

07-06-2010 [01:47]


İyunun 7-də Gəncə, Mingəçevir və Naftalan şəhərləri, Ağstafa, Bərdə, Lerik, Yardımlı, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tərtər, Tovuz və Yevlax rayonlarının ümumtəhsil məktəblərinin XI siniflərində buraxılış imtahanları keçirilib. Təhsil Nazirliyinin məlumatına görə, Qərb bölgəsi üzrə keçirilən bu imtahanlarda 21975 şagird 75 imtahan mərkəzində imtahan verib. İyunun 8-də isə həmin rayonların ümumtəhsil məktəblərinin IX siniflərində təhsil alan 30160 şagird 75 imtahan mərkəzində imtahan verəcək. Məlumat üçün bildiririk ki, bu gün qeyd olunan şəhər və rayonlar üzrə ötən tədris illərində attestat ala bilməyən 2405 nəfər XI sinif məzunu da 19 imtahan mərkəzində imtahan verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA