Yenə qar yağacaq, yollar buz bağlayacaq - Sabahın hava proqnozu

img

31-01-2017 [12:15]


Sabah Bakı və Abşeron yarımadasında fasilələrlə qar yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.
 
Mia.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, fevralın 1-də havanın temperaturunun gecə 1-3° şaxta, gündüz 0°-yə yaxın, Bakıda gecə 1-3° şaxta, gündüz   0°-yə yaxın olacağı gözlənilir. Atmosfer  təzyiqi 765 mm civə sütunundan  769 mm civə sütununa yüksələcək. Nisbi rütubət  85-95 % təşkil edəcək. Yolların buz bağlama ehtimalı var.
 
Azərbaycanın rayonlarında arabir qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturunun gecə 2-7° şaxta, gündüz 1° şaxtadan 4°-dək isti, dağlarda gecə 9-14° şaxta, gündüz 1-6° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA