Sahibkar prezidentin yanında Aydın Əliyevi "vurdu": "Bizi məcbur edirlər ki,.. - Müşavirədə gözlənilməz çıxış

img

30-01-2017 [14:19]


"Dünya bazarında fındıq ucuzlaşsa da, Azərbaycanda qiyməti aşağı salmaq mümkün deyil".

Bunu Azərbaycanda Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2014-2018-ci illər) icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda Azərbaycan Fındıq Assosiasiyasının sədri İsmayıl Umudov deyib. 

O, Dövlət Gömrük Komitəsini (DGK) sahibkarları ölkəyə gətirdikləri fındığı yüksək qiymətə rəsmiləşdirməyə məcbur etməkdə ittiham edib: "Bu gün bazarda fındığın hər kiloqramı 7 dollardır, amma DGK bizi məcbur edir ki, biz onu 8 dollara rəsmiləşdirək.  Axı, qiyməti dünya bazarı müəyyən edir. Xaricdə fındıq ucuzlaşsa da, bizdə buna nail olmaq mümkün deyil".

Report

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA