Pensiyaların 98 faizinin ödənizi plastik kartlarla həyata keçirilir

img

07-06-2010 [12:21]


Azərbaycanda əmək pensiyalarının mütərəqqi üsullarla ödənilməsi sisteminin daha da genişləndirilməsinin daim diqqət mərkəzində saxlanılması nəticəsində pensiyaların plastik kartlarla ödənişi sferası daha da genişlənməkdədir. Belə ki, 2010-cu ilin yanvar-aprel ayları ərzində pensiyasını plastik kartla alanların sayı əlavə olaraq 6230 nəfər artıb. Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorundan verilən məlumata görə, 1 aprel 2010-cu il tarixə olan statistikaya əsasən, pensiyasını plastik kartla əldə edənlərin sayı 1 126 364 nəfər təşkil edir. Yəni hazırda pensiyaların 98 faizinın ödənişi plastik kartlarla həyata keçirilir. Kəndlərdə vətəndaşların öz xahişləri əsasında (istənilən bankomatdan alma şərtilə) pensiyaların plastik kartlarla ödənişinin təmin olunması istiqamətində də mühüm addımlar atılmaqdadır. Cari ilin yanvar-aprel ayları ərzində kəndlərdə pensiyaları plastik kartla alanların sayı 4903 nəfər artıb. 1 aprel 2010-cu il tarixə olan statistikaya əsasən, ölkə üzrə kənd əhalisinin 95,9 faizi plastik kartla təmin olunub. Şəhərlərdə yaşayan pensiyaçıların isə 100 faizi üzrə pensiyalar plastik kartlarla ödənilir və qeyd olunan göstəricilər üzrə Azərbaycan bütün dünyada ən şəffaf praktikaya malik ölkələrdən biri hesab olunur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA