Polis Bakıda yola duz səpir - Video

img

30-01-2017 [12:10]


Bakıda yol polisi əməkdaşının qarlı havada yola duz səpməsini əks etdirən video yayılıb.

Mia.az avtosfer.az-a istinadən xəbər verir ki, videoda DYP əməkdaşı mağazada qutuda satılan xörək duzunu yola səpməsi əksini tapır. Və çoxları bu görüntülərdəki yol polisini ələ salan, qınayan fikirlər yazır. Sayt yazır ki, yol polisinin nə qanunvericiklə, nə də "Yol-patrul xidməti haqqınnda" Təlimatla yolda qar təmizləmək, buzda sürüşən maşınları itələmək və digər bu kimi xidmətlər göstərmək öhdəliyi yoxdur. "Onların işi yolda hərəkətin təşkilini və təhlükəsizliyini təmin etməkdir. Bu videoda gördüyünüz yol polisinin kiçik hərəkəti isə əslində, böyük ürək sahibi olmasından irəli gəlir. O, svetoforda avtomobillərin dayanmasının çətinləşdiyini, tormoz məsafəsi uzandığı üçün sürüşüb yolayrıcına çıxdığını görərək bunun qarşısını almaq qərarına gəlir.

Əslində, bunu Bakı Şəhər İcra Hakimiyyəti və "Azəravtoyol" ASC-nin əməkdaşları xüsusi texnikalarla etməli idi”.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA