Havalar istiləzir, çimərlik mövsümü bazlayır

img

07-06-2010 [12:10]


Bakıda və Abşeron yarımadasında bu gün az buludlu, yağmursuz hava olacaq. Şimal küləyi günün ikinci yarısında cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gündüz 31-34? isti, axşam 23-25?, Abşeron çimərliklərində isə dəniz suyunun temperaturu 22-23? isti olacaq. İyunun 8-də şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-23? isti, gündüz 31-33? isti, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 23-24? isti olacaq. İyunun 9-da havanın arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 21-23? isti, gündüz 30-33? isti təşkil edəcək. İyunun 10-da şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 22-24? isti, gündüz 30-33? isti təşkil edəcək. Azərbaycanın rayonlarında iyunun 8-də gündüz əsasən yağmursuz hava olacaq. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Lakin gecə və axşam əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, lokal qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 19-24? isti, gündüz 32-37? isti, dağlarda gecə 12-15? isti, gündüz 23-28? isti olacaq. İyunun 9-10-da gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, lokal qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, gündüz əsasən yağmursuz keçəcək. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 18-23? isti, gündüz 31-36? isti, dağlarda gecə 10-14? isti, gündüz 20-25? isti təşkil edəcək. Yaxın 3 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdləri meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA