Prezident ilham Əliyev Türkiyəyə yola düzüb

img

07-06-2010 [11:55]


Azərbaycan prezidenti İlham Əliyev bu gün Türkiyəyə işgüzar səfərə yola düşüb. Dövlət başçısını Heydər Əliyev adına beynəlxalq hava limanında Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola salıblar. Səfər çərçivəsində iki dövlət arasında yeni qaz müqaviləsinin bağlanması gözlənilir. Yeni müqavilədə ?Şahdəniz? yatağından qaz hasilatı, Türkiyəyə satılacaq qazın həcmi və qiymətləri, eləcə də Azərbaycan qazının Türkiyənin ərazisindən tranziti məsələləri öz əksini tapacaq. Qeyd edək ki, bu gün Türkiyənin İstanbul şəhərində Asiyada inkişaf məsələlərinə həsr olunmuş konfrans keçiriləcək. Tədbir çərçivəsində Ərdoğan-Putin-Nazarbayev və İlham Əliyevin dördtərəfli görüşünün keçirilməsi istisna olunmur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA