Səfər Əbiyev ABŞ-ın müdafiə nazirini qəbul edib

img

07-06-2010 [11:48]


Azərbaycanın müdafiə naziri Səfər Əbiyev bu gün səhər Bakıda səfərdə olan Birləşmiş Ştatlardan olan həmkarı Robert Qeytsi qəbul edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Azərbaycanla-Amerika arasında strateji əməkdaşlıq məsələləri müzakirə olunub. Robert Qeytsi müşayiət edən BBC müxbirinin verdiyi məlumata görə, Pentaqon rəhbəri deyib ki, o, Bakıya prezident İlham Əliyevlə görüşmək və Azərbaycan hakimiyyətini beynəlxalq koalisiyada mühüm rol oynadığına əmin etmək üçün gəlib. Robert Qeyts həmçinin deyib ki, o, Azərbaycan hakimiyyətinin Vaşinqtonun iki ölkə arasında münasibətlərə etinasız yanaşması ilə bağlı narahatlıq izhar etməsindən sonra burada hökuməti Amerikanın ölkəni dəstəklədiyinə əmin edəcək. Bakının mühüm təchizat yolu kimi əhəmiyyətli olmasındandır ki, Amerika buradakı narahatlıqlara bu yolla cavab verir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA