Donuzlar əkin sahəsini talan edir - Cəlilabadda (FOTO)

img

27-01-2017 [21:10]


Cəlilabad rayonunun İranla həmsərhəd olan bir çox kəndlərində çətinlik yaşanır.

Mia.az Azadinform.az-a istinadən xəbər verir ki, buna səbəb çöl donuzlarının sürü halında əkin sahələrinə girərək taxılı zəmilərini yararsız hala salmalarıdır.

Ən ciddi vəziyyət isə rayonun Boyaxanlı kəndində icarəyə verilmiş Dövlət Fond torpaqlarındadır.

Sərhəd zolağı boyu olan əkin sahələrinə axşamlar çöl donuzları sürü halında daxil olaraq orada iri çalalar qazırlar. Bu da həmin ərazilərdə əkilmiş taxılın məhv olması ilə nəticələnir.

Çöl donuzlarının qazdığı ərazilər o qədər dərin olur ki, hətta burada texnikaların işləməsi belə müşkülə çevrilir.

İcarədarların sözlərinə görə, vəhşi çöl donuzları əkin sahələrinə əsasən İranla sərhəd ərazidən daxil olurlar. Uzun müddətdir ki, qabaqlayıcı tədbirlər görülmədiyindən artıq bu heyvanların sayı da xeyli artıb.

Hazırda 200 ha-ya yaxın əkin sahəsinin hər gün bir hektara yaxını çöl donuzları tərəfindən yararsız hala salınır.

Cəlilabad rayon kənd təsərrüfatı idarəsi məsələdən xəbərdardır. 

Qurumdan Azadinform-a verilən məlumata görə, sakinlərin müraciəti əsasında Kənd Təsərrüfatı Nazirliyinə və Dövlət Sərhəd Xidmətinə məsələ ilə bağlı rəsmi məlumat verilib: "Müvafiq cavab alındıqdaın sonra ərazidə qabaqlayıcı tədbirlər görüləcək".



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA