İcra Hakimiyyəti təşkilatçılıq etdi, 500-dən çox insan qan verdi - Aksiya + FOTOLAR

img

27-01-2017 [20:39]


Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən bu gün 20 saylı şəhər poliklinikasında rayon ictimaiyyətinin iştirakı ilə humanitar qanvermə aksiyası keçirilib.

İcra Hakimiyyətindən Mia.az-a verilən məlumata görə, qanvermə aksiyası B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitunun Mərkəzi qan bankının xüsusi tibb briqadasının iştirakı ilə talassemiya və digər irsi xəstəliklərdən əziyyət çəkənlərə dəstək olaraq təşkil olunub.

Qanvermə aksiyasında Nəsimi rayonu ərazisində yerləşən idarə və təşkilatların, orta təhsil müəssisələrinin kollektivləri, ümumiyyətlə,  500-dən çox könüllü iştirak ediblər.

Aksiyada yüksək fəallıqla iştirak edən donorlar qanvermənin xeyirxah və savab iş olduğunu bildirərək, bu aksiyalarda iştirak etmənin hər bir kəsin vətəndaşlıq borcu olduğunu bildiriblər.

Nəsimi rayonunda
Nəsimi rayonunda
Nəsimi rayonunda
Nəsimi rayonunda
Nəsimi rayonunda

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA